Nefteyuqanskda körpü uçub, iki nəfər ölüb

Nefteyuqanskda körpü uçub, iki nəfər ölüb

5 Noyabr 2018 17:14
Bəyəndim (0) Bəyənmədim (0)

Xanti-Mansiysk Muxtar əyalətinin Nefteyuqansk rayonunda təmirdə olan körpü uçub.

Mediainfo.az-ın TASS-a istinadən verdiyi məlumata görə, hadisə nəticəsində iki nəfər dünyasını dəyişib, daha 7 nəfər müxtəlif dərəcəli bədən xəsarətlərii alıb. Ölənlərin sayının artması istisna edilmir. Hadisə baş verən zaman Kamaz və Avtokran körpünün üzərində olub. Hazırda hadisənin baş vermə səbəbləri araşdırılır.