Güclü qasırğa Xorvatiyada həyatı iflic edib

Güclü qasırğa Xorvatiyada həyatı iflic edib

3 Noyabr 2018 19:48
Bəyəndim (0) Bəyənmədim (0)

Güclü qasırğa Xorvatiyanın sahilyanı ərazilərinə böyük zərər vurub.

Mediainfo.az-ın Rusiya mətbuatına istinadən verdiyi məlumata görə küləyin gücü bəzi yerlərdə saatda 156 kilometrə çatıb. Bir çox yerlərdə evlərin damlarını külək aparıb, işıq dirəkləri və ağaclar aşıb. Son məlumata görə, əhali arasında itkin düşənlər var. Qasırğanın fəsadlarını aradan qaldırmaq üçün müvafiq qurumlar tərəfindən bərpa etmə işləri aparılır.