Rusiyada qatar avtobusla toqquşub: Yaralananlar var
Rusiyanın Krasnodar əyalətində qatarla yük avtomobili toqquşub.
Mediainfo.az-ın RİA Novosti-yə istinadən verdiyi məlumata görə, hadisə səhər saat 4.10-da Timaşevskaya və Vedmutovka stansiyaları arasında Minsk-Adler marşrutu ilə hərəkət edən qatarla baş veriib. Yük avtomobilinin qatar yoluna çıxması qəzaya səbəb olub. Nəticədə qatarın maşinisti və 20 sərnişin müxtəlif dərəcəli bədən xəsarəti alıb. Hadisə yerində hüquq-mühafizə qurumları təhqiqat aparırlar.
Digər xəbərlər





































.jpg)






































.jpg)


















