Bakıda avtobus qəzası: jurnalist də xəsarət aldı

Bakıda avtobus qəzası: jurnalist də xəsarət aldı

1 Noyabr 2018 06:07
Bəyəndim (0) Bəyənmədim (0)

Bakıda marşrut avtobusu qəzaya uğrayıb.

Hadisə paytaxtın Nəsimi rayonu ərazisində, metronun "28 May" stansiyası yaxınlığında, Səməd Vurğun bağının qarşısında baş verib.

Axşam saatlarında 32 saylı xətt üzrə hərəkət edən marşrut avtobusu eyni istiqamətdə hərəkətdə olan evakuatorla toqquşub.

Hadisə nəticəsində marşrut avtobusunda olan sərnişinlərdən bir neçəsi xəsarətlə xəstəxanaya yerləşdirilib.

Xəsarət alanlar arasında "Xəzər" televiziyasının əməkdaşı Zakirə Zakirqızı da var.( trend)