Şəki rayonunda 20 yaşlı qadın itkin düşüb

Şəki rayonunda 20 yaşlı qadın itkin düşüb

31 Oktyabr 2018 17:28
Bəyəndim (0) Bəyənmədim (0)

Şəki rayonunda 20 yaşlı qadın itkin düşüb.

Şəki şəhər sakini, 1998-ci il təvəllüdlü Çiçək Zülfiqar qızı Məmmədova oktyabrın 29-da evdən çıxaraq naməlum istiqamətə gedib və bir daha geri qayıtmayıb.

Bu barədə rayonun Daşbulaq kənd sakini, Xalid Zülfiqar oğlu Məmmədov rayon hüquq-mühafizə orqanlarına müraciət edərək bacısının itkin düşməsi ilə bağlı məlumat verib.

Ç.Məmmədovanın ailəli olduğu bildirilir.

Hazırda 20 yaşlı qadının tapılaraq ailəsinə təhvil verilməsi istiqamətində əməliyyat tədbiri aparılır. (report)