Qəddafiyə aid bank hesablarından milyardlarla dollar itib
Belçikada Liviyanın devrilən lideri Muammər Qəddafiyə aid dondurulan bank hesablarından milyardlarla dollar itib.
Belə bir iddia ilə belçikalı deputat Georges Gilginet çıxış edib. O qeyd edib ki, itən pullar Liviyada bilinməyən isimlərə köçürülüb: "İtkin pullar çox ciddi bir köç böhranına səbəb olan vətəndaş müharibəsini maliyyə etmək üçün istifadə edilib".
Başqa bir iddiaya əsasən pullar müharibə bölgəsində fəaliyyət göstərən silahlı qruplara göndərilib.(azadinform)
Digər xəbərlər






























































































