ABŞ-da sinaqoqa atəş açıldı

ABŞ-da sinaqoqa atəş açıldı

27 Oktyabr 2018 22:46
Bəyəndim (0) Bəyənmədim (0)

ABŞ-ın Pensilvaniya ştatının Pittsburq şəhərində naməlum şəxslər siaqoqa atəş açıblar.

"Qafqazinfo"nun "CBS Pittsburgh"a istinadən verdiyi məlumata görə, hadisə nəticəsində azı 4 nəfər ölüb.

Ölü sayının 7 və ya 8 nəfərə çatacağı istisna edilmir.

Hücumçularla polislər arasında atışma başlayıb.

***

Yerli televiziya kanalı KDKA-nın mənbəyə istinadən məlumatına görə, insident nəticəsində ölənlərin sayı 11-ə yüksəlib, eləcə də xəsarət alanlar var.

Yaralılar arasında hüquq-mühafizə orqanlarının 3 əməkdaşı var.