Bakıda ağac qadınların üstünə aşdı

Bakıda ağac qadınların üstünə aşdı

25 Oktyabr 2018 17:24
Bəyəndim (0) Bəyənmədim (0)

Paytaxtın Suraxanı rayonu, Hövsan qəsəbəsində güclü külək nəticəsində ağac aşıb və üç qadın yaralanıb.

Hadisə Olimpiya Kompleksinin yaxınlığında baş verib.

Belə ki, qadınlar skamyada əyləşən zaman ağac onların üzərinə aşıb. Onların xəsarət aldığı və birinin vəziyyətinin ağır olduğu bildirilir.

Səhiyyə Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Səfayə Əhmədova "Qafqazinfo"ya bildirib ki, xəsarət alan qadınlar 31, 35, 39 yaşlarındadır:

"Onların vəziyyəti orta ağır olaraq qiymətləndirilir. Biri müştərək travma, biri qapalı kəllə beyin travması, digərində isə sol ayağının zədələnməsi halı baş verib". (oxu.az)