Bakıda avtomobil hərbçiləri vurdu, vəziyyətləri ağırdır

Bakıda avtomobil hərbçiləri vurdu, vəziyyətləri ağırdır

25 Oktyabr 2018 15:52
Bəyəndim (0) Bəyənmədim (0)

Bu gün Xətai rayonu, Nobel prospektində iki hərbiçini – Vüqar Mahmudovu və Dəniz Qasımovu avtomobil vurub.

Hadisə "Asiman" şadlıq evinin qarşısında baş verib.

Onlardan birinin 20, digərinin 21 yaşı var.

Hər iki yaralı təcili yardımla Tibbi Klinik Mərkəzə aparılıb.

Faktı Səhiyyə Nazirliyinin mətbuat katibi Pərviz Abubəkir təsdiqləyib.

Xəstəxanadan bildiriblər ki, hər iki şəxsdə sınıq və travmalar var. Yaralıların vəziyyəti orta-ağırdır.( virtualaz.org)