Krasnodar sel-sularının altında qalıb

Krasnodar sel-sularının altında qalıb

25 Oktyabr 2018 11:35
Bəyəndim (0) Bəyənmədim (0)

Krasnodar vilayətinə yağan güclü leysan yağışları su daşqınlarına səbəb olub. Nəticədə Adler, Coşi, Xost və digər yaşayış məntəqələrini su basıb.

Mediainfo.az-ın RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bölgədə avtomobil və dəmir yollarında hərəkət iflic olub. Güclü yağışlar və su daşqınları Cubqa-Soçi trassını sıradan çıxarıb. Su basan ərazilərin, evlərin və yolların təmiri üçün ən azı bir həftə vaxt lazım gələcək. İlkin məlumatlara görə, iki nəfər təbii fəlakətin qurbanı olub.