Sürüşmə zonasında nisbi gərginlik qalmaqdadır

Sürüşmə zonasında nisbi gərginlik qalmaqdadır

23 Oktyabr 2018 11:46
Bəyəndim (0) Bəyənmədim (0)

Sürüşmə zonasında nisbi gərginlik qalmaqda davam edir.

Mediainfo.az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən yaradılan Qərargahdan verilən məlumata görə sürüşmə zonasında saat 10:00-a olan monitorinqlərin nəticəsinə əsasən ərazidə nisbi gərginlik qalmaqdadır. Sürüşmə sahəsi üzərində xırda uçqun prosesləri davam edir. Sürüşmə sağ və sol hissəsində qeydə alınan çatların parametrlərində nisbi artım qeydə alınıb. Sürüşmənin yuxarı hissəsində yerləşən fərdi yaşayış evlərinin hasarlarında quraşdırılmış mayaklarda dəyişiklik müşahidə olunmayıb.