Atəşkəs rejimi bir neçə istiqamətdə pozuldu
Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Ermənistan silahlı qüvvələrinin bölmələri yanvarın 16-da saat 11.10-dan 11.20-dək Ermənistanın İcevan rayonunun Berkaber kəndində yerləşən mövqelərdən Qazax rayonunun Qızılhacılı kəndində yerləşən mövqelərimizi, saat 10.30-dan 10.45-dək Tərtər rayonunun Nəmirli kəndi yaxınlığında yerləşən mövqelərdən, saat 09.50-dən 10.20-dək, 11.00-dan 11.15-dək və 19.30-dan 19.35-dək Ağdam rayonunun Yusifcanlı və Mərzili kəndləri yaxınlığında yerləşən mövqelərdən, saat 10.30-dan 11.30-dək Xocavənd rayonunun Kuropatkino kəndi yaxınlığında yerləşən mövqelərdən, saat 20.00-dan 20.15-dək və yanvarın 17-də saat 02.00-dan 02.25-dək Füzuli rayonunun Qorqan və Horadiz kəndləri yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar. Düşmən cavab atəşi ilə susdurulub.
O.M.














































.jpg)
.jpg)
.jpg)






























.jpg)
.jpg)
.jpg)










