Sürüşmə zonasında vəziyyət daha da pisləşib

Sürüşmə zonasında vəziyyət daha da pisləşib

17 Oktyabr 2018 09:38
Bəyəndim (0) Bəyənmədim (0)

Bayıl sürüşmə zonasında vəziyyət ağır olaraq qalmaqda davam edir. Bu gecə təbii fəlakət zonasında yeni uçqunlar baş verib.

Mediainfo.az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən yaradılan Qərargahdan verilən məlumata görə sürüşmə zonasında saat 09-00-a olan monitorinqlərin nəticəsinə əsasən yol istiqamətinə tökülmüş torpaq qatında artım müşahidə edilib. Yağan yağış asılı qalmış torpaq qatında kütlənin ağırlaşmasına səbəb olub. Ara-sıra uçqunlar baş verir.