Sürüşmə zonasında çatlar böyüməkdə davam edir
Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən yaradılan Qərargahdan verilən məlumata görə, sürüşmə zonasında saat 09-00-a olan monitorinqlərin nəticəsinə əsasən ərazidə aktivlik gecə boyu davam edib.
Mediainfo.az-ın ETSN Mətbuat Xidmətindən aldığı məlumata görə, dünən dağılan hasarın qalan hissəsi gecə saatlarında uçub. İçəridəki tikilinin alt süxurlarında boşalmalar qeydə alınıb. Hasar ətrafı ərazilərdə sürüşmənin miqyası genişlənməkdədir.
Digər xəbərlər






























































































