İraqda içməli sudan 111 min nəfər zəhərlənib

İraqda içməli sudan 111 min nəfər zəhərlənib

15 Oktyabr 2018 14:54
Bəyəndim (0) Bəyənmədim (0)

Iraqın Bəsrə əyalətində çirkli sulardan istifadə edən 111 min nəfər yerli sakin zəhərlənib.

Mediainfo.az-ın Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, zəhərlənənlər arasında Avropa İttifaqının İraqdakı səfiri Ramon Blekua da var.

Avqust ayının əvvəllərində Bəsrədə su və elektrik enerjisi təchizatında problemlər yaşanıb. Nəticədə əhali küçələrə axışaraq etiras aksiyası keçiriblər. O vaxt etirazçılarla polis arasında baş verən toqquşmalarda bəzi siyasi partiyaların ofisləri, dövlət tele-radio kanalının qərargahı, o cümlədən şiə hərbi birləşmələrinin filialı yandırılmışdı. Toqquşmalar nəticəsində 10 nəfər öldürülmüşdü.