Türkiyədə səfirlik binasında yoxa çıxan jurnalistlə bağlı məlumat
Səudiyyə Ərəbistanı itən səudiyyəli jurnalist Camal Qaşıqçının ölkə ərazisində olmadığını sübut etmək üçün Türkiyə hökumətinə Ər-Riyadın Ankaradakı səfirliyində axtarış aparmaq izni verməyə hazırdır.
Axar.az xəbər verir ki, bunu Ərəbistanın vəliəhdi Məhəmməd bin Salman "Blumberq" agentliyinə müsahibəsində deyib.
"Səfirlik bizim suveren ərazimizdir. Buna rəğmən biz onlara izn verəcəyik ki, səfirliyimizə daxil olub, araşdırma aparsınlar. Gizlədəcək heç nəyimiz yoxdur", – deyə o bildirib.
Qeyd edək ki, C.Qaşıqçı Səudiyyə Ərəbistanının Ankaradakı səfirliyinə gedərək, sənədlərini yeniləmək istəyib. Səfirliyə həyat yoldaşı ilə birgə gedən Qaşıqçı binaya tək buraxılıb. Bundan 5 saat sonra isə Qaşıqçının yoldaşına jurnalistin səfirlik ərazisini tərk etdiyi bildirilib.
Qaşıqçının hələ də harada olduğu haqqında heç bir məlumat yoxdur.














































.jpg)















































