Britaniyada 91 yaşlı kişini relsə yıxdı, müsəlman xilas etdi - Video

Britaniyada 91 yaşlı kişini relsə yıxdı, müsəlman xilas etdi - Video

6 Oktyabr 2018 14:10
Bəyəndim (0) Bəyənmədim (0)

Britaniya Nəqliyyat Polisi Avrotunnelin keçmiş rəhbəri 91 yaşlı ser Robert Malpasın metro relsləri üzərinə yıxılması videosunu yayıb.

Axar.az xəbər verir ki, görüntülərdə 46 yaşlı Pol Krosli adlı şəxsin Malpası platformalar üzərinə itələdiyi əks olunub. 91 yaşlı Malpası relslər üzərindən qatarın gəlməsinə bir dəqiqə qalmış Riyad əl-Hussani adlı şəxs xilas edib.

İnsident nəticəsində Malpasın çanaq sümüyü qırılıb. O həmçinin başından güclü yara alıb. Hadisəni törədən Pol Krosli isə həbs edilib.