8 yaşlı uşaq göldən 1500 illik qılınc tapdı

8 yaşlı uşaq göldən 1500 illik qılınc tapdı

5 Oktyabr 2018 14:03
Bəyəndim (0) Bəyənmədim (0)

İsveçdə 8 yaşlı bir uşaq göldə üzərkən ayağına nəyinsə toxunduğunu hiss edib.

Saqa Vanecek adlı qız Vidöstern gölündə 1500 il əvvələ aid qılınc tapıb. Bu qılınc İsveçdəki Vikinq dövründən əvvələ təsadüf edir.
İlkin araşdırmalar zamanı qılıncın 1000 il əvvələ aid olduğu bildirilmişdi. Amma Jönköping bölgəsindəki yerli muzeyin işçiləri daha dəqiq incələmələr apararaq qılıncın 1500 il əvvələ aid olduğunu bildiriblər.

Qılıncın tapıldığı vaxt hava mövsüm normasından daha isti idi və gölün suyu qurumuşdu. Saqa deyib:

"Suda bir şey hiss etdim və onu qaldırdım. Onun dəstəyini gördüm və atama qılınca bənzər bir əşya tapdığımı dedim".

Saqanın atası Endi isə qızının bir dəyənək və ya ağac budağı tapdığını düşünüb. Sonra isə bunun bir tarixi əsər olduğunu anlayıb. Muzey işçiləri isə ərazidə axtarış aparıblar və 3-cü əsrə aid bəzək əşyası da tapıblar. Hazırda qazıntılar davam edir. (ölkə.az)