Ananın imtina etdiyi övlad küçədə qalmadı

Ananın imtina etdiyi övlad küçədə qalmadı

27 Sentyabr 2018 09:15
Bəyəndim (0) Bəyənmədim (0)

"AFF Mall" ticarət mərkəzində anası tərəfindən küçəyə atılan 13 yaşlı oğlan uşağı tapılıb. Bu barədə jurnalist Feyziyyə Sultanmurad sosial şəbəkələrdə məlumat yayıb. Onun sözlərinə görə, anası uşağın yalan danışmasını və məktəbdən qaçmasını əsas gətirərək oğlundan imtina etmək istədiyini deyib.

Məsələ ilə bağlı Axar.az-a danışan "Azərbaycan Uşaqları" İctimai Birliyinin sədri Kəmalə Ağazadə hadisədən xəbərdar olduğunu bildirib. O, ehtiyac yaranarsa, uşağın sığınacağa yerləşdiriləcəyini deyib:

"Ailə münaqişəsi o demək deyil ki, uşaq küçələrdə qalmalıdır. Onun səfil həyat sürməsi valideynlərin məsuliyyətsizliyindən irəli gəlir. "Azərbaycan Uşaqları" Birliyi olaraq nə lazımdrısa, etməyə hazırıq.

Həmin informasiyanı yayan xanımla əlaqə saxladım. Dedi ki, sözügedən uşaqla bağlı "Azərbaycan Uşaq Qaynar Xətt" xidmətinə müraciət edib. Ordan nümayəndə gəlib uşağın vəziyyətini qiymətləndirəcək. Mütəxəssislər uşağın vəziyyətini qiymətləndirməlidirlər ki, ondan sonra bizə istiqamətləndirsinlər