ABŞ hərbi bazası yaxınlığında güclü zəlzələ

ABŞ hərbi bazası yaxınlığında güclü zəlzələ

23 Sentyabr 2018 13:06
Bəyəndim (0) Bəyənmədim (0)

Sakit okeanda Quam adası sahilləri yaxınlığında 6.4 bal gücündə zəlzələ baş verib.

Bu barədə ABŞ-ın Geoloji Xidməti informasiya yayıb.

Səhər saatlarında baş verən zəlzələ yerin 10 kilometr dərinliyində qeydə alınıb. Hadisə nəticəsində ölən və ya yaralananların olması ilə bağlı informasiya verilməyib.

Qeyd edək ki, Quam adası ABŞ-ın Sakit okeandakı əsas hərbi dayağı sayılır. Bu ada Şimali Koreya ballistik raketlərinin ən yaxın hədəfi olan ABŞ ərazisidir. axar.az