Güclü yağış Bakı yollarında problemlər yaradıb - VİDEO

Güclü yağış Bakı yollarında problemlər yaradıb - VİDEO

23 Sentyabr 2018 12:56
Bəyəndim (0) Bəyənmədim (0)

Səhər saatlarından başlayaraq paytaxt Bakıya yağmağa başlayan güclü yağış fəsadlar törədib.

"Report" xəbər verir ki, leysan yağış paytaxtın bəzi küçələrini və yollarını su altında qoyub.

Yolları su basması maşınların hərəkətini çətinləşdirib ki, bu da tıxaclara səbəb olub. Həmçinin küçələr və yeraltı keçidlər piyadalar üçün də keçilməz olub.