Ağsuda yanan evdən meyit çıxdı

Ağsuda yanan evdən meyit çıxdı

13 Sentyabr 2018 11:12
Bəyəndim (0) Bəyənmədim (0)

Ağsu rayonunda ev yanıb.

Ümumi sahəsi 30 m² olan birmərtəbəli 2 otaqlı evin 1 otağının yanar konstruksiyaları 15 m² sahədə və dam örtüyü 30 m² sahədə yanıb. Yanğının kəşfiyyatı zamanı 1974-cü il təvəllüdlü Mürsəlov Mübariz Möhtərəm oğlunun yanmış meyiti yanğınsöndürənlər tərəfindən aşkar olunub.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb. (azadinform)