Yaponiyada "Cebi"qasırğasından 3 milyon adam zərər çəkib

Yaponiyada "Cebi"qasırğasından 3 milyon adam zərər çəkib

12 Sentyabr 2018 09:12
Bəyəndim (0) Bəyənmədim (0)

Yaponiyanın qərb regionlarında bir həftə əvvəl baş vermiş "Cebi" tufanının fəsadları aradan qaldırılır, bərpa işləri davam etdirilir.

Mediainfo.az AzərTac-a istinadla xəbər verir ki, təbii fəlakət nəticəsində Kansay regionunun altı prefekturasında 11 nəfər həlak olub, 514 nəfər müxtəlif dərəcəli xəsarət alıb.

Kansay regionu elektrik şirkətinin yaydığı məlumata görə, tufan səbəbindən 2 milyon 160 min mənzilə elektrik enerjisi verilişi dayandırılıb. Sentyabrın 10-da axşam saatlarına olan məlumatda həmin mənzillərin sayının 9500-ə endiyi bildirilib. Xatırladaq ki, qasırğa nəticəsində 3 mılyon adam zərər çəkib.