Ağartı məhsullarının istifadə müddəti uzadılacaq

Ağartı məhsullarının istifadə müddəti uzadılacaq

20 Aprel 2011 13:29
Bəyəndim (0) Bəyənmədim (0)

Ağartı məhsullarının istifadə müddəti uzadılacaq. Bu barədə Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi məlumat verib.

Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi "Qida məhsullarının standartlaşdırılması" üzrə Texniki Komitə tərəfindən hazırlanmış AZS 089-2003 "Kəsmik. Ümumi texniki şərtlər", AZS 091-2003 "Ayran. Texniki şərtlər", AZS 092-2003 "Qatıq. Ümumi texniki şərtlər" və AZS 220-2006 "Dovğa. Ümumi texniki şərtlər" dövlət standartlarına dəyişiklikləri təsdiq edib və tətbiq vaxtını 20 aprel 2011-ci ildən müəyyən edib.

Dəyişikliklərə əsasən istehsal texnologiyası, məhsulun tərkibində olan xammal, material və qida əlavələri, qablaşdırma üsulları və saxlanma şəraiti nəzərə alınmaqla hər bir süd məhsulu üçün maksimal yararlıq müddəti uzadılıb.

Qeyd edək ki, Komitə həmçinin Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən təqdim edilmiş bir neçə Dövlətlərarası standartı da təsdiq edib və tətbiq vaxtını 20 aprel 2011-ci ildən müəyyən edib.

Qatığın vaxtı uzandı...

Elvin Babayev

O.M.