Himalay dağlarında helikopter itdi

Himalay dağlarında helikopter itdi

8 Sentyabr 2018 15:12
Bəyəndim (0) Bəyənmədim (0)

Nepalın mərkəzi hissəsində, Himalay dağlarında içərisində 7 nəfərin olduğu helikopter itib.

Modern.az-ın məlumatına görə, helikopter kəndlərin birindən xəstə sakini paytaxt Katmanduya aparırmış.

İtən helikopterdə pilotla yanaşı, 6 sərnişin də olub. Sərnişinlər arasında bir yaponiyalı turistin olduğu deyilir.

Helikopterin axtarışları üçün xilasedicilər bölgəyə yollanıb.