Ölkə ərazisində toz-dumanı müşahidə olunur

Ölkə ərazisində toz-dumanı müşahidə olunur

5 Sentyabr 2018 16:21
Bəyəndim (0) Bəyənmədim (0)

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühit üzrə Milli Monitorinq Departamentinin mütəxəssislərinin apardığı monitorinqlərin nəticələrinə əsasən 05 sentyabr 2018-ci il tarixində ölkə ərazisində havada olan tozun miqdarının sanitar normadan artıq olduğu məlum olub.

Mediainfo.az-a nazirlikdən verilən məlumata görə, buna səbəb ölkə ərazisinə cənub-şərq hava axınları vasitəsilə Türkmənistandan toz-dumanının daxil olmasıdır.

Havanın keyfiyyətini ölçən avtomatik və stasionar monitorinq stansiyalarından alınan məlumata görə saat 15:00-da Bakı və Abşeron yarımadasında tozun miqdarının sanitar normadan 3,6 dəfə yuxarı olduğu qeydə alınıb.

Meteoroloji proqnoza əsasən tozlu hava şəraitinin sabah günün birinci yarısınadək davam edəcəyi gözlənilir.