Bakıda lift qırıldı, ərəblər xəsarət aldı-video

Bakıda lift qırıldı, ərəblər xəsarət aldı-video

3 Sentyabr 2018 17:56
Bəyəndim (0) Bəyənmədim (0)

Bakının Fəzail Bayramov 11/56 ünvanındakı yeni tikili binada qəza baş verib.

Binanın 22-ci mərtəbəsində liftin trosu qırılaraq birinci mərtəbəyə çırpılıb. Hadisə yerindən bildirilir ki, bu zaman liftdə 5 İraq vətəndaşı və bir nəfər azərbaycanlı olub.

Hadisə yerinə dərhal təcili tibbi yardım briqadası cəlb edilib. İnsident nəticəsində 2 ərəb xəsarət alıb. Onlardan birinin vəziyyəti ağırdır. Hazırda ərazidə polis işləyir. Ölkə.az