Bakıda qeyri-qanuni obyektlərin söküntüsünə başlanılıb

Bakıda qeyri-qanuni obyektlərin söküntüsünə başlanılıb

30 Avqust 2018 10:51
Bəyəndim (0) Bəyənmədim (0)

Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) yol kənarlarında qeyri-qanuni, vətəndaşların hərəkətinə çətinlik yaradan obyektlərin söküntüsünə başlayıb.

"Report"un əldə etdiyi məlumata görə, BŞİH-də yaradılmış işçi qrup tərəfindən paytaxtın bütün rayonlarında qanunsuzluqların aşkarlanması məqsədilə reydlər keçirilib, qeyri-qanuni tikili və obyektlər müəyyənləşdirilib.

Söküntü işləri bu gün səhər saatlarından etibarən paytaxtın Xətai rayonu, Ukrayna dairəsi yaxınlığında aparılır.