Bakı şəhər Baş Polis İdarəsi açiqlama verib
Bakı şəhər Baş Polis İdarəsi aprelin 17-də İctimai Palatanın (İP) keçirdiyi icazəsiz aksiyada azyaşlı uşağın saxlanması barədə xəbərə aydınlıq gətirib.
Qurumun mətbuat xidmətinin verdiyi məlumatda qeyd olunur ki, İP adlı quruma aid
müxalifət partiyaları aprelin 17-də ümumi sayı təxminən 150 nəfərədək olan bir
neçə nəfərlə Bakı şəhəri "Sahil bağı" yaxınlığında icazəsiz aksiya keçirməyə
çalışıb.
Polis qanunsuz aksiyanın qarşısını
alınıb. Bu zaman ictimai asayişi pozmaqda günahkar bilinən aksiyanın 65
iştirakçısı saxlanılıb. Onlardan 25 nəfəri hüquqa zidd hərəkətlər etməyin
yolverilməz olduğu barədə rəsmi xəbərdarlıq edilərək sərbəst buraxılıb,
40 nəfər barəsində isə qanunla müəyyən edilmiş tədbirlərin görülməsi barədə
qərar qəbul edib.
Məlumatda bildirilir ki, aksiyanın qarşısı alınan zaman Quluzadə Gülnarə Çingiz
qızının azyaşlı qızı ilə birlikdə polis orqanları tərəfindən saxlanılması
barədə yayılan məlumatlar doğru deyil.
Əslində, polis əməkdaşları Gülnarə Quluzadənin və onun azyaşlı qızının təhlükəsizliyini təmin etmək məqsədilə onları mitinq ərazisindən uzaqlaşdıraraq sərbəst buraxıb. Onlar hər hansı polis idarəsinə aparılmayıb və barələrində heç bir cəza tədbiri görülməyib.
Mənim polisim məni qoruyur...
Elvin Babayev
O.M.