Melburnun qərbində yerləşən kimyəvi zavodda yanğın baş verib

Melburnun qərbində yerləşən kimyəvi zavodda yanğın baş verib

30 Avqust 2018 09:56
Bəyəndim (0) Bəyənmədim (0)

Avstraliyanın Melburn şəhərinin qərbində yerləşən kimyəvi zavodda yanğın baş verib.

Yanğının söndürülməsinə 120 nəfər canlı qüvvə və 30 yanğınsöndürən maşın cəlb edilib.

Zavodun anbarında yerləşən asetilin və asetonla dolu qablar partlamaqda davam edir. Yanğının baş verdiyi ərazidəki məktəblərin fəaliyyəti dayandırılıb, yerli sakinlərə zəhərli qazdan qorunmaq üçün evlərin pəncərələrini açmamaq tövsiyə olunub. AzərTac