Yunanıstanda Qərbi Nil virusundan 16 nəfər ölüb

Yunanıstanda Qərbi Nil virusundan 16 nəfər ölüb

30 Avqust 2018 09:35
Bəyəndim (0) Bəyənmədim (0)

Yunanıstanda Qərbi Nil virusuna yoluxan 133 nəfərdən 16-sı ölüb.

Avqustun 23-nə olan məlumata görə, xəstəliyə yoluxan 107 nəfərdən 11 həlak olmuşdu. İnsanlara ağcaqanadlar vasitəsilə keçən virus əsasən Attika və Mərkəzi Makedoniya olmaqla, bir çox vilayətdə qeydə alınıb. Cari ilin yay aylarının yüksək temperaturlu və yağışlı olması virusun geniş yayılmasına səbəb olub.

Xəstəliklərin Profilaktikası və Nəzarət üzrə Milli Mərkəzi yerli orqanlara ağcaqanadlarla daha fəal mübarizə aparmağı məsləhət görüb. AzərTac