Vyetnamda daşqınlar nəticəsində 8 nəfər ölüb

Vyetnamda daşqınlar nəticəsində 8 nəfər ölüb

19 Avqust 2018 08:44
Bəyəndim (0) Bəyənmədim (0)

Vyetnamda 8 nəfər daşqınların qurbanı olub, daha 2 nəfər itkin düşüb.

"Report" xəbər veriri ki, bu barədə ölkənin Fövqəladə Hallar üzrə Milli Agentliyinə istinadən "VnExpress" nəşri məlumat yayıb.

Bildirilir ki, təxminən 10 min insan güclü yağışlar səbəbindən evlərini tərk etmək məcburiyyətində qalıblar. Bəzi bölgələrdə əkin sahələri su altında qalıb, elektrik xətləri sıradan çıxıb.