Britaniyada şah sarayının yaxınlığında meyit tapıldı

Britaniyada şah sarayının yaxınlığında meyit tapıldı

3 Yanvar 2012 11:29
Bəyəndim (0) Bəyənmədim (0)
Ərazi polis tərəfindən mühasirəyə alınıb

Britaniya şahzadəsinin Norfolk qraflığındakı Sandrinqem ərazisinin yaxınlığında insan meyiti aşkar edilib. The Daily Telegraph qəzetinin məlumatına görə, 01 yanvar günü yerli sakinlərdən biri itini gəzdirərkən kraliyyət ərazisinin lap yaxınlığında insan meyitinə rast gəlib. Həmin ərazi kral ailəsinin at damından 1.5 km məsafədə, Sandrinqem sarayından 3 km aralıda yerləşib. Polis ərazini mühasirəyə alıb. Hadisə barədə artıq şahzadənin ailəsinə məlumat verilib.

Xatırladaq ki, şahzadə II Yelizaveta bayram günlərində ailə üzvləri ilə birlikdə Sandrinqem sarayında dincəlməyi çox sevir.

Sarayları saray edən yoxsulların harayıdır...

Murad Şahməmmədov

O.M.