Britaniyada alovlu tornado göründü - VİDEO

Britaniyada alovlu tornado göründü - VİDEO

9 Avqust 2018 11:07
Bəyəndim (0) Bəyənmədim (0)

Böyük Britaniyanın Derbişir qraflığında alovun qarşısını almağa çalışan yanğınsöndürənlər qeyri-adi təbiət hadisəsi olan alovlu tornadonun şahidi olublar.

Burulğan supermarketlər üçün plastik qutular istehsal edən fabrikin yaxınlığında qeydə alınıb.

Yanğınsöndürənlərdən biri bu hadisəni lentə alaraq, sosial şəbəkədə paylaşıb. Bu təbiət hadisəsi alovun bir neçə istiqamətdən yayılması və qızmış havanın yuxarı qalxması nəticəsində yaranır. (oxu.az)