Şəkidə 63 yaşlı kişini ilan sancıb

Şəkidə 63 yaşlı kişini ilan sancıb

8 Avqust 2018 15:03
Bəyəndim (0) Bəyənmədim (0)

Şəki rayonunda 63 yaşlı kişini ilan sancıb.

Mediainfo.az saytının "Report"a istinadən məlumatına görə, rayonun Cuma kənd sakini, 1955-ci il təvəllüdlü Məhəmməd Adışirin oğlu Loğmanov axşam saatlarında özünə məxsus sahədə işləyərkən, qəflətən ilan onun sol baldır nahiyyəsindən sancıb.

Dərhal Şəki Rayon Mərkəzi Xəstəxanasına çatdırılan M.Loğmanova ilkin tibbi yardım göstərilib, ayağında kəskin şişkinlik müşahidə edildiyindən Bakıya, Kliniki Tibbi Mərkəzin Toksikologiya Mərkəzinə göndərilib.