Qatardan çıxan qığılcım 8 evi yandırdı

Qatardan çıxan qığılcım 8 evi yandırdı

8 Avqust 2018 06:57
Bəyəndim (0) Bəyənmədim (0)

Almaniyanın Ziqburq şəhərində qatardan çıxan qığılcım 8 evi külə döndərib.

"Qafqazinfo" xarici mediaya istinadən xəbər verir ki, Köln-Frankfurt istiqamətində hərəkət edən sürət qatarından sıçrayan qığılcım evlərdən birinə düşüb. Yüksək temperatur nəticəsində alov daha sürətlə yayılaraq 8 evi əhatə edib.

Polisə görə 40, yanğınsöndürənlərə görə isə 12 nəfər yaralanıb. Kölnlə Frankfurt arasındakı dəmir yolu xətti bağlanıb.


Daha tez məlum