
Uqandada keşiş olan sabiq şeyxi öldürmək istədilər
Uqandada protestant kilsəsinin şeyxi olan Ömər Mulinda bir zamanlar ölkənin islam aləminin tanınmış şeyxlərindən sayılırdı. Onun xristianlığı qəbul etməsi, üstəlik protestant kilsəsinin keşişi olması yerli müsəlmanları qəzəbləndirdi. Milad bayramına keçən gecə paytaxt Kampala yaxınlığında naməlum şəxslər keşişi küçəyə çağırdılar. O, eşiyə çıxan kimi kimsə sifətinə kimyəvi turşu tökdü. Christian Post qəzetinə istinadən NEWSru.com saytının yaydığı məlumata görə, daha sonra cinayətkarlar turşunu onun bədəninə dağıtdılar. Nəticədə, keşiş ağır yanıq yaraları ilə xəstəxanaya yerləşdirildi.
Xatırladaq ki, Uqandanın 34.6 milyon əhalisinin 86 %-i xristiandır, onlardan 44%-i katolik, 42%-i protestantdır. 14 % uqandalı isə islam dininə ibadət edir.
Tanrı birdir, insanlarsa dinlər qədər çoxdur...
Murad Şahməmmədov
O.M.