
Azərbaycan əhalinin təbii artımı üzrə Avropada birinci yerdədir
Azərbaycanda əhalinin təbii artımı ötən illərin orta göstəricisinə nisbətən 8,1%-dən 13,5%-dək yüksəlib ki, bu da Avropa ölkələri arasında ən yüksək göstəricidir". Səhiyyə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, bunu Səhiyyə Nazirliyində 2011-ci ilin yekunlarına həsr olunmuş geniş kollegiya iclasında çıxış edən nazirliyin aparat rəhbəri Zəkiyyə Mustafayevaya deyib. O bildirib ki, ölkədə orta ömür uzunluğu 71,9 yaşdan 73,6 yaşadək artıb.
Z.Mustafayeva qeyd edib ki, əgər 2006-cı ildə Azərbaycanda körpə ölümü göstəricisi 11,9 promilli idisə, 2011-ci ildə bu rəqəm 10,8-ə bərabər olub. Ana ölümü əmsalı 2006-cı illə müqayisədə 34,2-dən 2011-ci ildə 15,2-yə enib.
Ümumiyyətlə, son 10 illə müqayisədə 2011-ci ildə Azərbaycanda doğum göstəricisi əhalinin hər 1000 nəfərinə 13,7%-dən 19,3%-ə yüksəlib, ölüm göstəricisi isə 6,2%-dən 5,8%-ə düşüb.
O.M.