Dənizdə bacı-qardaş boğuldu

Dənizdə bacı-qardaş boğuldu

5 Avqust 2018 10:27
Bəyəndim (0) Bəyənmədim (0)

Bakı şəhərinin Xəzər rayonunda dənizin nəzarətsiz ərazisində 2 nəfər batıb.

Bu barədə məlumat FHN-nin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olub.

Bildirilir ki, 1997-ci il təvəllüdlü Mahmudova Gülnar Əvəz qızı və Əliyev Əliağa Əvəz oğlunun (təvəllüdü dəqiqləşdirilir) cəsədləri hadisə yerinə cəlb olunmuş Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin müvafiq xilasetmə qüvvələri tərəfindən tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

Onların batdığı əraziyə ən yaxın xilasetmə məntəqəsi 800 metr aralıda olub. Axar.az