Axund cümə namazında vəfat etdi
Türkiyənin Ordu şəhərinin Ünyə qəsəbəsində axund xütbə deyərkən vəfat edib.
Hadisə Mərkəz məscidində baş verib.
Məscidin axundu 52 yaşlı Xalid Çağlı xütbə deyərkən halı pisləşib. Hadisə yerinə çağırılan təcili yardım həkimlərinin müdaxiləsinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb.
Onun infarkt keçirdiyi müəyyənləşib.Faktla bağlı araşdırma aparılır.(Qafqazinfo)
Digər xəbərlər




































































.jpg)


























