Türkiyədə ikibaşlı ilan tapıldı

Türkiyədə ikibaşlı ilan tapıldı

3 Avqust 2018 15:45
Bəyəndim (0) Bəyənmədim (0)

Türkiyənin Samsun vilayətinin Çərşəmbə rayonunda Yasin Uçar adlı şəxs ikibaşlı ilan tapıb.

"Ölkə.Az" xəbər verir ki, Yasin iş üçün Karakaya məhəlləsinə gedərkən yolda 35 sm uzunluğu olan ikibaşlı ilana rast gəlib. Yasin ilanı götürüb və iş yoldaşı Beytullah Öztürkə verib.

Öztürk isə ilanı günəş eynəyi qabında saxlayıb:

"35 sm uzunluğu olan, qara rəngli, iki başı olan ilandır. Nə edəcəyimi əvvəlcə bilmirdim. Sonradan bir tanışın evinin baxçasına buraxdım".