Şəmkirdə nişanlı qız yoxa çıxdı: Toyu olacaqdı
Bu ay toyu olacaq nişanlı qız yoxa çıxıb.
Mediainfo.az-ın verdiyi xəbərə görə, bu barədə avropa.info-ya müraciət edən Şəmkir rayonunun Qaracəmirli kənd sakini Elşən Qocayev deyib.
E.Qocayev deyib ki, qızı Ayşən Qocayeva avqustun 2-də evdən çıxıb, bir daha qayıtmayıb.
Qızın atası faktla bağlı Şəmkir rayon Kür qəsəbəsində yerləşən polis bölməsinə müraciət edib.
Qızının 9 sentyabr 2000-ci il təvəllüdlü olduğunu bildirən atanın dediyinə görə, avqustun 19-da Ayşənin toyu olacaqmış.
Digər xəbərlər




































































.jpg)


























