Tufan Çini dağıtdı – 134 mindən artıq insan təxliyə edilib

Tufan Çini dağıtdı – 134 mindən artıq insan təxliyə edilib

3 Avqust 2018 12:36
Bəyəndim (0) Bəyənmədim (0)

Conqdari tufanı Çinin Şanxay şəhərini dağıdıb.

Azadinform xəbər verir ki, tufana görə 134 min 200 nəfər təhlükəsiz yerlərə təxliyə edilib. Bildirilir ki, şəhərdəki 122 park təhlükəsizlik səbəbi ilə bağlanılıb. Bundan başqa, tufanın ölkənin digər şəhərlərinə də təsir edəcəyi gözlənilir.

Şanxayda fəsadlara yola açan Conqdari tufanı qatar və təyyarələrin hərəkətinə də təsir göstərib.