Bayram günlərində qar yağmayacaq

Bayram günlərində qar yağmayacaq

29 Dekabr 2011 15:18
Bəyəndim (0) Bəyənmədim (0)

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, Bakıda və Abşeron yarımadasında dekabrın 30-da buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, gündüz bəzi yerlərdə az yağış yağacağı gözlənilir. Cənub küləyi əsəcək, gündüz arabir güclənəcək. Havanın temperaturu gecə 3-5, gündüz 7-12 dərəcə isti olacaq. Azərbaycanın rayonlarında sabah əsasən yağmursuz hava şəraiti, gecə və səhər bəzi yerlərdə duman, şərq rayonlarında çiskinli hava şəraiti, Lənkəran-Astara bölgəsində isə yağış yağacağı gözlənilir. Cənub-qərb küləyi əsəcək, gündüz bəzi dağlıq və dağətəyi rayonlarda arabir güclənəcək. Havanın temperaturu gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 8-13 dərəcə isti, dağlarda gecə 2-7 dərəcə şaxta, gündüz 2-7 dərəcə isti olacaq. Yüksək dağlıq ərazilərdə havanın minimal temperaturunun 12-17 dərəcə şaxta olacağı gözlənilir. Bayram günlərində Abşeron yarımadasının hava şəraitində mühüm dəyişiklik gözlənilmir. Qış mövsümündə mülayim keçən havalar meteohəssas insanlar üçün nisbətən əlverişlidir.

O.M.