Yunanıstanda yanğınlarda şübhəli bilinən şəxs saxlanıldı
Yunanıstan polisi Attikada 5 yanğın törətməkdə şübhəli bilinən şəxsi həbs edib.
Bu barədə ölkənin Yanğın təhlükəsizlik xidməti məlumat yayıb.
Bildirilir ki, 35 yaşlı yunan Marafon bələdiyyəsində iyulun 26-dan 31-nə qədər 5 yanğının səbəbkarı kimi ittiham olunur.
Gözstərilən tarixdən bir neçə gün öncə sözügedən bölgədə baş verən yanğınlarda 90 nəfər həlak olmuşdu.
Həbs edilən şəxs sabah məhkəmə qarşısına çıxarılacaq.(Oxu.Az
Digər xəbərlər




































































.jpg)


























