ABŞ hərbi hava qüvvələri İranın hərbi təlim keçirdiyi əraziyə daxil olub

ABŞ hərbi hava qüvvələri İranın hərbi təlim keçirdiyi əraziyə daxil olub

29 Dekabr 2011 11:01
Bəyəndim (0) Bəyənmədim (0)
Hörmüz boğazında gərginlik son dərəcə artıb

İran Hərbi Hava Qüvvələrinin Hörmüz boğazı yaxınlığında keçirdiyi hərbi təlim gərginliklə müşayiət olunub. İran mətbuatının məlumatına görə, hadisə yerinə ABŞ hava zərbə qüvvələri daxil olublar. İranın hərbi dəniz qüvvələri artıq faktı təsdiqləyib.

Xatırladaq ki, ABŞ-ın Fars körfəzindəki 5-ci operativ dəniz qüvvələrinin bəyanatından sonra İranın hərbi gəmiləri Hörmüz boğazı yaxınlığında hərbi təlim keçirmək qərarına gəliblər. Belə ki, İran beynəlxalq dəniz yolu olan Hörmüz boğazını hərəkətə dayandıracağını, bununla da Yaxın Şərq ölkələrindən hərəkət edən neft tankerlərinin yolunu bağlayacağını bildirdikdən sonra 2 ölkə arasında gərginlik daha da artıb.

O.M.