Tramp Netanyahuya zəng etdi: Türk qızını burax!

Tramp Netanyahuya zəng etdi: Türk qızını burax!

27 İyul 2018 13:52
Bəyəndim (0) Bəyənmədim (0)

ABŞ Prezidenti Donald Tramp 14 iyulda İsrailin Baş naziri Benyamin Netanyahuya zəng edərək İsraildə həbs olunan türk vətəndaşı Əbru Özkanın azadlığa buraxılmasını istəyib.

Bu barədə "Vaşinqton Post" yazıb.

Məlumata görə, İsrail tərəfi xəbəri təsdiqləyib və tələbin Ərdoğanla Tramp arasındakı keşiş Bransonun azadlığa buraxılması anlaşması çərçivəsində həyata keçirildiyini qeyd edib.

Xatırladaq ki, Əbru Özkan 16 iyulda ölkəsinə qayıdıb, keşiş Bransonun isə ötən gün həbs cəzası ev dustaqlığı ilə əvəz olunub.