
Ordumuzun iki əsgəri yaralanıb
Ermənistan silahlı qüvvələrinin atəşkəsi pozması nəticəsində Azərbaycan Ordusunun iki əsgəri yaralanıb. Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəis müavini Teymur Abdullayevin verdiyi məlumata görə, hadisə Xocavənd rayonunun Kuropatkino kəndi yaxınlığında qeydə alınıb.
Ermənilərin atəşkəs rejimini pozması
nəticəsində Azərbaycan Ordusunun əsgərləri - 1991-ci il təvəllüdlü Fazil Elxan
oğlu Abdullayev və 1990-cı il təvəllüdlü Elşən İsfəndiyar oğlu Nəzərov
yaralanıblar. Yaralı əsgərlər hospitala yerləşdirilib. F. Abdullayevin
vəziyyəti orta ağır qiymətləndirilir. E. Nəzərov isə yüngül xəsarət alıb.
Qeyd edək ki, F. Abdullayev Gədəbəy, E. Nəzərov isə Kəlbəcər rayon hərbi
komissarlıqlarından həqiqi hərbi xidmətə çağırılıblar.
Kəssə hər kim tökülən qan izini, qurtaran dahi odur yer üzünü
Hafiz Əhmədov
O.M.