Yekaterinburqda həmyerlilərimizin 57 obyekti yanır

Yekaterinburqda həmyerlilərimizin 57 obyekti yanır

25 Dekabr 2011 18:17
Bəyəndim (0) Bəyənmədim (0)
Yanğın 3000 kvadrat metr ərazini cənginə alıb

Rusiyanın İnterfax xəbər agentliyi məlumat verir ki, bu gün günorta saatlarında Rusiyanın Yekaterinburq şəhərinin "Таганский ряд (Sacayaq sırası)" adlı ən böyük ticarət mərkəzində yanğın baş verib. Anbarlardan birində alovlanan yanğın tezliklə bütün ticarət mərkəzinə yayılıb. 32 texnika və 150 yanğınsöndürən 3000 kvadrat metr yanan ərazidə əməliyyat aparır. Artıq hadisə yerinə yanğınsöndürən qatar da çağırılıb. Belə ki, yanan ərazi dəmir yoluna doğru uzanmaqdadır. Əməliyyat bu saatlarda davam etdirilir. İlkin məlumata görə, ölən və zərərçəkən olmasa da, yanğın ən yüksək dərəcəli qiymətləndirilib.

"Таганский ряд (Sacayaq sırası)" ticarət mərkəzinin kommersiya işləri üzrə direktoru Stanislav Dementevin oxumeni.az-a verdiyi məlumata görə, azərbaycanlılar və ermənilər ticarət mərkəzinin rəhbərliyində təmsil olunmasalar da, azərbaycanlıların kirayələdikləri 57 və erməni iş adamlarının icarəsində olan 22 obyekt yanğının episentrində qalıb.

Sərvər Aslanov

O.M.