Helikopterlə kişini dağ keçisinin əlindən aldılar

Helikopterlə kişini dağ keçisinin əlindən aldılar

22 İyul 2018 10:41
Bəyəndim (0) Bəyənmədim (0)

Fransa departamentlərinin birində vəhşi dağ keçisi yerli sakinə hücum edib.

Kişini xilas etmək üçün yanğınsöndürənlər vertolyotdan istifadə ediblər.

İnsident şənbə günü, 21 iyulda Bodinar-syur-Verdonda baş verib (Var departamenti). Vəhşi keçi 56 yaşlı fransıza səhər qaçışı zamanı hücum edib.

Keçinin əlindən birtəhər qurtulan kişi ağaca çıxıb və təcili xidmətə zəng edib.

Hadisə yerinə çətin şəraitdə insanları xilas edən yanğınsöndürənlər gəlib. Vertolyot da hərəkətə keçib. Nəticədə zərərçəkən kişi yaralar və əziklərlə canını qurtara bilib.(moderator)